Ekvadorda həbsxanada qiyam: 57 mühafizəçi və 7 polis girov götürülüb

Ekvadorda həbsxanada qiyam: 57 mühafizəçi və 7 polis  girov götürülüb backend

Cənubi Amerika ölkəsi Ekvadorda məhbuslar təhlükəsizlik qüvvələrinin əməliyyatlarına cavab olaraq 6 həbsxanada 57 mühafizəçi və 7 polis əməkdaşını girov götürüblər.

Qaziler.az xəbər verir ki, ölkənin Milli Həbsxanalar Agentliyinin verdiyi açıqlamada 6 cəzaçəkmə müəssisəsində məhkumların 57 mühafizəçi və 7 polis əməkdaşını zorla saxladığı, bu hərəkətin polis və hərbi qüvvələrin avqustun 30-da Anda Latacungadakı həbsxanaya etdiyi basqına cavab olaraq həyata keçirildiyi bildirilib.

Yerli media təhlükəsizlik qüvvələrinin mühafizəçiləri və polis əməkdaşlarını xilas etmək üçün genişmiqyaslı əməliyyata hazırlaşdığını bildirib.

QAZİLER.AZ

Diaspora