"Quran"ın yandırılması ölkənin imicini dəyişdi - Fredrik Hallstrom

"Quran"ın yandırılması ölkənin imicini dəyişdi - Fredrik Hallstrom backend

İsveçin terrorla mübarizə üzrə idarənin rəhbəri Fredrik Hallstrom paytaxt Stokholmda son vaxtlar təkrarlanan "Qurani-Kərim"in yandırılmasından sonra ölkənin imicinin dəyişdiyi barədə xəbərdarlıq edib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, N WORLD media qurumunun xəbərinə görə, Hallstrom İsveçdə Qurani-Kərimin yandırılması ilə bağlı mətbuat konfransında açıqlama verib.

Bu hadisələrlə ölkənin imicinin dəyişdiyinə diqqət çəkən Hallstrom, təhlükəsizlik təhdidlərinin bir müddət daha yüksək səviyyədə qalacağını bildirib.

Ədliyyə naziri Qunnar Strommer də təhlükəsizlik vəziyyətinin "çox pis" olduğuna dair xəbərdarlıq edib və ölkənin "yaxın gələcəkdə bu böyük təhlükə ilə yaşayacağını" bildirib.

QAZİLER.AZ

Diaspora