Ukrayna hərbçiləri Avstraliyanın “Electro Optic Systems” şirkəti tərəfindən istehsal olunan “Slinger” anti-dron sistemlərini alacaqlar.
Bu barədə RBC-Ukrayna EOS-un icraçı vitse-prezidenti Mett Consun bəyanatına istinadən xəbər verir.
Onun sözlərinə görə, şirkət son üç həftə ərzində sistemləri Sidney yaxınlığında sınaqdan keçirir. Kompleks 30 mm-lik M230LF top və 7,62 mm-lik MAG58 pulemyotu əsasında yaradılıb və GMC Denali pikapında quraşdırılıb.
QAZİLER.AZ