Pentaqondan "Vaqner" açıqlaması: Bitdi...

Pentaqondan "Vaqner" açıqlaması: Bitdi... backend

Pentaqonun sözçüsü briqada generalı Patrik Ryder bildirib ki, "Vaqner"in qurucusu Yevgeni Priqojinin ölümü ilə muzdlu şirkətin işi başa çatıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, iki ay əvvəl Rusiyada qiyam qaldıran və bu yaxınlarda qəzaya uğrayan təyyarəsində dünyasını dəyişən “Vaqner” muzdlu şirkətinin yaradıcısı Yevgeni Priqojin dünya gündəmində qalmaqda davam edir.

Mətbuat konfransının təşkilatçısı və gündəmi qiymətləndirən Pentaqon sözçüsü briqada generalı Patrik Rayder də etdiyi şərhlərdə bu mövzuya toxundu.

Yığıncaqda bir jurnalist, keçən il Şimali Koreyanın "Vaqner"ə silah satdığına dair irəli sürülən iddiaları xatırladaraq, "Vaqner ilə Şimali Koreya arasındakı silah müqaviləsinin bitdiyinə inanırsınızmı?" sualını verib

"Vaqner"in qurucusu Priqojinin ölümünə toxunan Rayder: "Burada əsas məqam "Vaqner" qrupunun mahiyyətcə bitməsidir. Ona görə də deyə bilərəm ki, heç bir danışıqlar yoxdur", - ifadələrdən istifadə edib.

"Vaqner"in bir müddətdir Rusiya-Ukrayna müharibəsində meydanda ən təsirli faktor olduğunu ifadə edən Ryder: "Rusiya İran və Şimali Koreya kimi zalım rejimlərdən sursat və ya silah almağa çalışır" deyib.

Ryder Şimali Koreyanı Rusiyaya heç bir silah verməməyə çağırdığını təkrarlayıb.

QAZİLER.AZ

.

Diaspora