Yəməndə 7 ayda qızılcadan 413 ölüm qeydə alınıb

Yəməndə 7 ayda qızılcadan 413 ölüm qeydə alınıb backend

Ümumdünya Səhiyyə Təşkilatı Yəməndə qızılcadan 7 ayda 413 nəfərin öldüyünü açıqlayıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) verilən yazılı açıqlamada Yəməndə uşaqlarda qızılca və məxmərək xəstəliyinin artması ilə bağlı narahatlıq ifadə olunub.

Açıqlamada Yəməndə ilin əvvəlindən iyulun sonuna qədər 34 min 300 qızılca və məxmərək xəstəliyinin aşkar edildiyi və bu müddət ərzində 413 ölüm halının qeydə alındığı bildirilib.

Ötən il eyni səbəbdən 27 min hadisənin və 220 ölüm halının qeydə alındığına diqqət çəkən açıqlamada qızılcaya yoluxma hallarının artmasının və insan itkisinin “iqtisadi vəziyyətin pisləşməsi, gəlirlərin azalması” kimi səbəblərdən qaynaqlandığı bildirilib. .

Qeyd edək ki, vətəndaş müharibəsi və onun fəsadları səbəbindən Yəməndə səhiyyə sektorunda ciddi tibbi avadanlıq çatışmazlığı var.

QAZİLER.AZ

Diaspora