Rusiyanın Novosibirsk vilayətinin İskitim şəhərindəki kafedə tavanın bir hissəsi uçub, xəsarət alanlar var.
Qaziler.az bildirir ki, bu barədə avqustun 31-də Rusiya İstintaq Komitəsinin Novosibirsk vilayəti üzrə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"İlkin məlumatlara görə, zərərçəkənlər var, onların dəqiq sayı müəyyənləşdirilir", - nazirliyin Telegram kanalında deyilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir, araşdırma aparılır.
QAZİLER.AZ