Quterreş: Yaxın gələcəkdə Ukraynada sülhün bərqərar olacağı mümkün görünmür

Quterreş: Yaxın gələcəkdə Ukraynada sülhün bərqərar olacağı mümkün görünmür backend

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Ukraynada sülhün yaxın gələcəkdə mümkün görünmədiyinə diqqət çəkib.

Qaziler.az bildirir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş BMT-nin Nyu-Yorkdakı binasında jurnalistlərə açıqlama verib.

BMT Baş Assambleyasının 78-ci iclasının Nyu Yorkda keçiriləcəyini xatırladan Quterreş Ukraynada sülhlə bağlı böyük bir  irəliləyiş gözləmədiyini bildirib.

"Ümid heç vaxt bitmir, lakin yaxın gələcəkdə Ukraynada sülhün bərqərar olması mümkün görünmür. Əksinə inanıram desəm yalan demiş olaram", - Quterreş deyib. 

Bu səbəbdən də BMT-nin baş katibi Ukraynadakı müharibənin mənfi təsirlərinin azaldılmasının vacib olduğunu bəyan edib.

QAZİLER.AZ

Mənbə: TRTHaber

Diaspora