Putin “vaqnerçi"ləri nəzarət altına almaq istəyir - KİV

Putin “vaqnerçi"ləri nəzarət altına almaq istəyir - KİV backend

Rusiya Prezidenti Vladimir Putin Afrika və Yaxın Şərqdəki "Vaqner" ÖHŞ muzdlularına nəzarət etməyi planlaşdırır.

Qaziler.az bildirir ki, bu barədə  Bloomberg xəbər verir.

Nəşrin mənbəyinin bildirdiyinə görə, “vaqnerçilər”in əməliyyatlarının idarə edilməsi Müdafiə Nazirliyi ilə əlaqəli silahlı podratçıya həvalə olunmağa hazırdır.

Bundan əlavə, “Vaqner”in bütün gizli xarici şəbəkəsinin Rusiya hərbi komandanlığına tabe edilməsi planlaşdırılır. Bu, gələcəkdə Vaqner ÖHŞ-nin rəhbəri Yevgeni Priqojinin təşkil etdiyi kimi gələcəkdə ola biləcək üsyanların qarşısını almağa imkan verəcək.

Qeyd edək ki, bir müddət əvvəl Putin “vaqnerçilər”in Rusiya ordusuna qoşulmasına icazə verən fərman imzalayıb.

QAZİLER.AZ

Diaspora