Ukrayna prezidenti Vladimir Zelenski və Ukrayna hökuməti ölkədəki münaqişənin həlli üçün ərazi güzəştlərinə getməli olacaq.
Qaziler.az bildirir ki, bu barədə avqustun 31-də Çexiyanın "Lidovki" qəzetinin köşə yazarı Yan Maxaçek qeyd edib.
"Ukraynanın əks-hücum əməliyyatı avqustun sonu və ya sentyabrın əvvəlində yekunlaşarsa, o zaman münaqişə cəbhə xəttində dondurula bilər", - Maxaçek yazıb.
O əlavə edib ki, “zaman keçdikcə Ukrayna Qərbin təhlükəsizlik zəmanəti müqabilində rəsmi və ya qeyri-rəsmi olaraq dörd regiondan imtina edəcək”.
Müşahidəçi bildirib ki, F-16 döyüş təyyarələri və uzaqmənzilli ATACMS raketləri də daxil olmaqla, heç bir yeni silah tədarükü Ukraynaya döyüş meydanında vəziyyəti dəyişməyə kömək etməyəcək. Maxaçek deyib ki, üstünlüyün Rusiya hərbi kosmik qüvvələri və hava hücumundan müdafiə (AD) sistemlərində olacağı gözlənilir.
QAZİLER.AZ