Tunis Qabonda qanunun aliliyinin və konstitusiya quruluşunun bərpasına çağırıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Tunis Qabonda qanunun aliliyinin və konstitusiya quruluşunun bərpasına çağırıb.
Tunis Xarici İşlər Nazirliyi Qabondakı siyasi proseslərlə bağlı açıqlama verib.
Qanun çərçivəsində konstitusiya quruluşunun yenidən bərpasının vacibliyi vurğulanan açıqlamada: “Qabonda bir-birinin ardınca baş verən siyasi və təhlükəsizlik hadisələrini böyük maraqla yaxından izləyirik. Biz Qabondakı bütün siyasi partiyaları və insanları sosial sülh üçün səy göstərməyə dəvət edirik”, - deyilib.
Qabonda yaşayan Tunis vətəndaşlarının Yaoundedəki Tunis diplomatik nümayəndəliyinə müraciət edə biləcəyi ifadə edilən açıqlamada, Tunis vətəndaşlarına gərginlik bölgələrindən uzaq durmağa çağırılıb.
Xatırladaq ki, Qeyd edək ki, Mərkəzi Afrika ölkəsi olan Qabonda bir qrup yüksəkrütbəli hərbçi tərəfindən dövlət çevrilişi edilib.
QAZİLER.AZ