Livanda bir qrup erməniəsilli şəxs Türkiyədən gələn yük avtomobilinə hücum edib, onun sürücüsünü maşından endirib döyüb.
Erməni radikallar bununla da kifayətlənməyərək sürücünün üzərinə boya töküblər, həmçinin yük maşınının üzərində yazılmış “Türkkan” brezentini qoparıblar.
Qeyd edək ki, ötən gün Azərbaycanın Livandakı səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxs səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib. Onlar özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar.(oxu.az)