Qətər Livan ordusuna 6 ay müddətində 30 milyon dollar dəyərində yanacaq tədarükü üçün müqavilə imzaladıqlarını açıqlayıb.
Qaziler.az xəbər verir ki, Qətərin rəsmi agentliyi olan QNA mövzu ilə bağlı hesabat yayıb.
Bildirilir ki, Qətər İnkişaf Fondu daha əvvəl ölkədəki bəzi səhiyyə müəssisələrinin yanacaq xərclərini qarşılayaraq, Livan Səhiyyə Nazirliyinə dəstək verib.
İqtisadi böhran içində olan Livan, elektrik enerjisi istehsal edən elektrik stansiyalarını kifayət qədər yanacaqla təmin edə bilmədiyi üçün 2 ilə yaxındır ki, ciddi elektrik kəsilməsi ilə mübarizə aparır.
QAZİLER.AZ