Çinin cənub-şərq sahillərinə yaxınlaşan “Saola” qasırğası ilə əlaqədar Çində qırmızı təhlükə elan edilib.
Qaziler.az xəbər verir ki, ölkənin Milli Meteorologiya Mərkəzinin yaydığı açıqlamada, Çinin 295 kilometr cənub-şərqində yerləşən qasırğanın şimal-qərbə doğru irəliləyərək Honq-Konq Xüsusi İnzibati Bölgəsi və Quanqdonq və Fucien əyalətlərinə təsir edəcəyi gözlənilir.
Küləyin sürəti saatda 209 kilometrə çatan "4-cü kateqoriya" səviyyəsindəki super tayfuna görə qırmızı xəbərdarlıq elan edilib.
Ən gec sabah axşam saatlarında Quanqdonun Huilay şəhəri ilə Honq Konq arasındakı bölgəyə çatması gözlənilən tayfunun şiddətli tufan və yağışlara səbəb olacağı gözlənilir.
Yaxınlaşan qasırğa səbəbindən Quanqdonq əyalətinin bir çox şəhərləri tədris ilinin açılışını gecikdirib, parklar, muzeylər və çimərliklər bağlanıb.
Çin Dəmir Yolları Quangdong və Fucienə bir neçə qatar reyslərinin ləğv edildiyini bildirib.
QAZİLER.AZ