Küçə itlərinə görə Türkiyə yüksək riskli ölkələr siyahısına düşdü - FOTO

Küçə itlərinə görə Türkiyə yüksək riskli ölkələr siyahısına düşdü - FOTO backend

Təxminən 8 milyon sahibsiz heyvanın mövcud olduğu təxmin edilən Türkiyə CDC-nin “yüksək riskli ölkələr” siyahısına əlavə edilib.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yer üzündə dünya əhalisinin 10 faizinə qədər sahibsiz heyvanlar var. Təxminlərə görə,  Türkiyədə isə 8 milyona yaxın sahibsiz heyvan var.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) açıqladığı siyahıya görə, Türkiyə "köpək quduzluğu üçün yüksək riskli ölkələr" siyahısındadır.

10 aprel 2023-cü ildə yenilənən siyahıya əlavə edilən qeyddə deyilir:

CDC yüksək riskli it quduzluğu olan ölkələrdən it idxalını müvəqqəti dayandırmaq qərarını 31 iyul 2024-cü ilə qədər uzadıb.

Qeyddə bildirilir ki, itlər son 6 ayda yüksək riskli ölkədə olubsa, qərar quduzluq riski yüksək olmayan ölkələrin itlərinə də şamil edilir.

CDC həmçinin bu ölkələrdən gətirilən itlərin yüksək risk qrupuna daxil olmasalar da, quduzluğa qarşı peyvənd edilməsini qətiyyətlə tövsiyə edir.

Risk siyahısında Türkiyə ilə yanaş olan digər ölkələr:

Əfqanıstan

Burundi

Eritreya

Hindistan

Mavritaniya

Nepal

Filippin

Cənubi Afrika

Tunis

Birləşmiş Ərəb Əmirlikləri

Zimbabve

QAZİLER.AZ

Diaspora