Fransada Makronun yerini tutacaq namizəd açıqlanıb

Fransada Makronun yerini tutacaq namizəd açıqlanıb backend

Fransızlar keçmiş baş nazir, Havr şəhərinin meri Eduard Filipi prezident Emmanuel Makronun varisi kimi görmək istəyirlər.

Qaziler.az “Lenta.ru”ya istinadla bildirir ki, bunu BFMTV kanalının sorğusu sübut edir.

Vətəndaşların 31 faizinin fikrincə, siyasətçi 2027-ci ildə Makronun səlahiyyət müddəti başa çatdıqdan sonra ölkə başçısı kimi ən yaxşı variantdır.

Sorğu göstərir ki, Eduard Filip 16 faiz səslə hökumətin iqtisadi blokuna rəhbərlik edən Bruno Le Mairi xeyli qabaqlayır.

Emmanuel Makronun özü isə aprel ayında ifrat sağçı Marin Le Penin 2027-ci ildə ölkədə hakimiyyətə gəlməsinə icazə verib.

QAZİLER.AZ

Diaspora