Nyu Yorkun Bələdiyyə Başçısı Erik Adams azanın cümə günü və Ramazan ayında iftar vaxtı çöldən eşidiləcək şəkildə oxuna biləcəyini söyləyib.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, o bu barədə mətbuat konfransında deyib.
“Biz bürokratiyanı aradan qaldırırıq və açıq şəkildə deyirik ki, əgər hər hansı ritualda və ya ibadət yerindəsinizsə, cümə namazını daha güclü şəkildə elan etmək üçün icazə almağınıza ehtiyac yoxdur”, - Adams bildirib.
Müxtəlif məscid dərnəkləri və müsəlman fondlarının nümayəndələrinin iştirak etdiyi toplantıda Adams iştirakçılara "Nyu Yorkda inancınızı həyata keçirməkdə azadsınız. Qürurluyam, nəhayət, bu gün bunu gerçəkləşdiririk" deyib.
İslamın xristianlıq, yəhudilik və digər inanclar kimi Nyu-York mədəniyyətinin mühüm elementlərindən biri olduğunu, məscidlərin cinayət və qeyri-qanuni mühacirlərlə mübarizədə böyük yardımçı olduğunu ifadə edən Adams müsəlman liderlərə “Sizə layiq olduğunuz imtiyazı verməkdə qərarlıyıq” deyib.
QAZİLER.AZ