Qabonda üsyançılar yeni dövlət başçısı təyin edib

Qabonda üsyançılar yeni dövlət başçısı təyin edib backend

Qabonda hakimiyyəti ələ keçirən hərbçilər Respublika Qvardiyasının komandanı general Bris Oliqi Nqemanı keçid dövrü üçün dövlət başçısı təyin ediblər.

"Report" xəbər verir ki, bu barədə "Reuters" üsyançılardan birinin Qabon televiziyasında oxuduğu bəyanata istinadən məlumat yayıb.

Xatırladaq ki, bu gün səhər yüksək rütbəli zabit Qabonun milli televiziyasına hakimiyyətin hərbçilərin əlinə keçdiyini, ölkə sərhədlərinin növbəti xəbərdarlığa qədər bağlı olduğunu elan edib.

Diaspora