BƏƏ-də diplomatların yarısı qadınlardır - Statistika

BƏƏ-də diplomatların yarısı qadınlardır - Statistika backend

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) diplomatlarının 46 faizi, təhsil və səhiyyə sektoru işçilərinin 75 faizi qadınlardır.

Qaziler.az xəbər verir ki, bu barədə BƏƏ-nin Ankaradakı səfirliyi ölkədə “Qadınlar günü” kimi qeyd olunan 28 avqust münasibəti ilə bağlı yazılı açıqlama yayıb.

Açıqlamada BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın bütün sektorlarda qadınların varlığını dəstəklədiyi vurğulanıb.

Bəyanatda BƏƏ-də universitet məzunlarının üçdə ikisinin qadın olduğu və qadın məzunların təxminən yarısının informasiya və kommunikasiya texnologiyaları sahəsində ixtisaslaşdığı bildirilib.

Qeyd olunub ki, ölkədə təhsil və səhiyyə sahələrində ümumi vəzifələrin 75 faizində qadınlar çalışır.

Bəyanatda BƏƏ diplomatlarının 46 faizinin qadın olduğu da vurğulanıb.

QAZİLER.AZ

Diaspora