“Dünyanın hər yerində olan dostlarıma mesaj göndərirəm. Səsinizi çıxarın”.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, bu sözləri Qabonda baş qaldıran hərbi çevriliş səbəbiylə ölkə başçısı Banqo sosial şəbəkədəki çağırışda səsləndirib.
Qabonda həftə sonu keçirilən seçkilərlə bağlı keçirilən müzakirələr hərbi çevrilişlə nəticələnib. Hakimiyyəti ələ keçirdiklərini açıqlayan bir qrup əsgər seçkiləri ləğv edib və ölkə sərhədlərini bağlayıb.
Əsgərlər tərəfindən ev dustağı olan Bonqo iqamətgahında çəkdiyi və sosial mediada paylaşdığı video ilə dostlarına və dünyaya “bir şeylər edin” çağırışını edib:
“Mən – Qabon Prezidenti Əli Bonqo Ondimba. Buradakı insanlar məni və ailəmi həbs etdiyinə görə, dünyadakı bütün dostlarımıza səs çıxarmaları üçün mesaj göndərirəm. Nəyin baş verdiyini bilmirəm. Sizə səslənirəm. Həqiqətən, səsinizi qaldırın. Sizə yalvarıram. Təşəkkürlər!”.
Mərkəzi Afrika ölkəsi Qabonda səhər saatlarında milli televiziya binasına daxil olan bir qrup əsgər rəhbərliyi ələ keçirdiklərini açıqlayıb. Əsgərlər avqustun 26-da keçirilən seçkilərin ləğv edildiyini və ölkə sərhədlərinin bağlandığını açıqlayıblar.
Hazırkı prezident Əli Bonqo Ondimba avqustun 26-da keçirilən prezident seçkilərində üçüncü dəfə qalib gəlib. 64 yaşlı Əli Bonqo 2009-cu ildə ölkənin idarəçiliyini 41 ildən çox idarə edən atası Ömər Bonqodan təhvil alıb.
QAZİLER.AZ