Orban: Tramp Qərb dünyasını xilas edəcək adamdır

Orban: Tramp Qərb dünyasını xilas edəcək adamdır backend

Macarıstanın Baş naziri Viktor Orban deyib ki, bu müharibədə Ukraynanın Rusiyaya qalib gəlmək şansı yoxdur.

APA xəbər verir ki, bu barədə Macarıstan hökumət başçısı amerikalı siyasi tok-şou aparıcısı Tuker Karlsona müsahibəsində deyib.

O bildirib ki, çoxları Kiyevin Moskva üzərində qələbə qazanacağını zənn edir. Bu yalandır. Mümkünsüzdür. Ukrayna əsgərləri ruslardan daha tez tükənəcək. Nəhayət, sayılacaq əsas şey regiondakı çəkmələrdir və ruslar bu mənada daha güclüdür".

Viktor Orban qeyd edib ki, yalnız ABŞ müharibəni sonlandıra bilər.

Rusiyanın getdikcə gücləndiyini deyən Baş nazir Orban hazırkı məqamda Ukraynanın NATO-ya qəbul olunacağını real hesab etmədiyini əlavə edib.

"Ukraynanın NATO-ya qəbulu hazırda real təklif deyil, onu unudun", - o əlavə edib.

O, həmçinin rusların prezident Vladimir Putindən "bezəcəyinə" inanmadığını qeyd edib. 2014-cü ilə Rusiya tərəfindən qeyri-qanuni ilhaq edilmiş Krım barədə isə Orban deyib ki, o, Krımın Ukraynaya qaytarılması şansını çox az görür.

"ABŞ prezidenti Co Bayden olsaydınız nə edərdiniz" sualına Orban deyib: “Trampı geri çağırın! Bir çox səbəblərə görə onu tənqid edə bilərsiniz, lakin son bir neçə onilliyin ən yaxşı xarici siyasəti ona məxsusdur. O, heç bir yeni müharibəyə başlamadı, Şimali Koreyalılara, Rusiyaya və hətta Çinlilərə qarşı yaxşı rəftar etdi. Və əgər o, Rusiyanın işğalı zamanı prezident olsaydı, rusların bunu etməsi mümkün olmazdı. Tramp Qərb dünyasını və bütün bəşəriyyəti xilas edə biləcək adamdır".

Diaspora