Türkiyənin Milli Müdafiə Nazirliyi Suriyanın şimalında "Fərat Qalxanı" bölgəsində həyata keçirilən əməliyyatlarda daha 3 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, beləliklə Suriyada öldürülən terrorçuların sayı 7-yə çatıb.
Milli Müdafiə Nazirliyinin rəsmi sosial media hesabından edilən açıqlamada aşağıdakı ifadələr yer alıb:
"Terrorçuları xəndəklərə basdırmağa davam edirik!
Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalında Fərat Qalxanı bölgəsində aşkar etdiyi daha 3 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Bununla da Şimali İraq və Suriyada zərərsizləşdirilən terrorçuların sayı 7-yə çatıb".
QAZİLER.AZ