Bayden Riçard Niksonun taleyini təkrarlaya bilər - Rusiyalı politoloq

Bayden Riçard Niksonun taleyini təkrarlaya bilər - Rusiyalı politoloq backend

ABŞ və Kanada İnstitutunun baş elmi işçisi Vladimir Vasiliev ABŞ prezidenti Co Bayden üçün ölkə tarixində ən ciddi siyasi məhkəmənin olacağını proqnozlaşdırıb.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, avqustun 29-da Lenta.Ru-ya müsahibəsində ekspert qeyd edib ki, Baydenə qarşı irəli sürülən ittihamların analoqu yoxdur. Vasilyevin sözlərinə görə, 46-cı prezident oğlu Hanter vasitəsilə Ukrayna, Rusiya və Çin tərəfdən on milyonlarla dollar almaqda ittiham olunur və pul Co Baydenin hesabına köçürülüb, “bu barədə onun şəxsi göstərişləri var”.

“Bu, sadəcə olaraq, varlanmaq üçün rəsmi mövqedən istifadə etmək deyil, hətta ABŞ-ın geosiyasi rəqibləri ilə bir növ ortaqlıqdır”, - politoloq vurğulayıb.

Onun sözlərinə görə, ittihamlar o qədər ciddidir ki, Baydenin prezidentlik müddəti bitdikdən sonra belə onu cinayət təqibi ilə hədələyə bilər və ABŞ tarixində ilk dəfə olaraq Amerika liderinə qarşı ittihamlar onun xarici aktorlarla əlaqələrinə aiddir.

QAZİLER.AZ