Nigeriya ordusu ölkənin şimal-şərqində terror təşkilatı "Boko Haram" tərəfindən girov götürülmüş 25 nəfəri əməliyyatla xilas edib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, ordu sözçüsü Onyema Nvaçukvu verdiyi açıqlamada Nigeriya ordusunun Borno əyalətinin Qobara kəndində Boko Harama qarşı əməliyyat keçirdiyini bildirib.
Nvaçukvu qeyd edib ki, terrorçular tərəfindən girov götürülən 8-i uşaq və 6-sı qadın olmaqla, ümumilikdə 25 nəfər xilas edilib.
Mətbuat katibi Nvaçukvu xilas edilənlərin araşdırmalardan sonra ailələrinə təhvil veriləcəyini bildirib.
Nigeriyada 2000-ci illərin əvvəllərindən bəri mövcud olan Boko Haramın 2009-cu ildən bəri həyata keçirdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib.
Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.
QAZİLER.AZ