İsrailin qadın əsgərlərinə mahnı oxumaq qadağan edildi

İsrailin qadın əsgərlərinə mahnı oxumaq  qadağan edildi backend

İsraildə bir qrup qadın əsgərə dindar həmkarları narahat olduqları üçün mahnı oxumamaq əmri verilib.

Qaziler.az xəbər verir ki, bu barədə məlumat “Times of İsrail”də dərc edilib.

Sözügedən əmr kazarma qarşısında nümayişlərə səbəb olub.

Əksəriyyəti qadınlardan ibarət olan təxminən 1000 nəfərlik qrup bazar günü Pardes Hanna-Karkurda yerləşən kampda 80 adlı kazarmasının qarşısına toplaşıb, mahnı oxuyub və rəqs edib.

Kazarmanın girişində yolu bağlayan nümayişçilər əllərində “Bizi susdurmayacaqsınız” yazılmış plakatlar qaldırıblar.

Yerli mətbuatın yazdığına görə, ötən həftə mətbəxdə işləyən bir qrup israilli qadın əsgərlərə musiqi sədaları altında mahnı oxumamaq əmri verilib. Belə ki, kişi əsgərlər qadın müğənnilərin oxuduğu mahnıların səslənməsindən narahat olub və musiqinin söndürülməsini tələb ediblər. Qadın komandirin mətbəxdəki əsgərlərdən musiqini söndürmələrini və ya yalnız kişi müğənnilərin əsərlərini səsləndirmələrini xahiş etdiyi iddia edilir.

QAZİLER.AZ

Diaspora