Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin “Vaqner”in lideri Yevgeni Priqojinin dəfn mərasimində iştirak etməyəcəyini bildirib.
Qaziler.az xəbər verir ki, Peskov bu barədə Priqojinin gözlənilən dəfn mərasimi ilə bağlı paytaxt Moskvada jurnalistlərə açıqlama verərkən danışıb.
Dəfn mərasimi ilə bağlı məlumatlı olmadıqlarını bildirən Peskov, "Bu mövzuda qərarlar ailə və dostları tərəfindən verilir, onlar olmadan heç nə deyə bilmərik. Prezidentin mərasimdə iştirakı nəzərdə tutulmur" deyib.
Qeyd edək ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviatsiya) avqustun 23-də verdiyi açıqlamada, Priqojin də daxil olmaqla özəl təyyarənin Tverdə qəzaya uğraması nəticəsində 10 nəfərin öldüyü bildirilib. Putin təyyarədə həlak olanların ailələrinə başsağlığı verib.
QAZİLER.AZ