ABŞ Rusiyanın muzdlu hərbi qruplaşmasının lideri Priqojinin öldüyünə getdikcə əmin olduğunu açıqlayıb.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, bu barədə ABŞ prezident Baydenin sözçüsü Karine Jean-Pierre açıqlama verib. O, Priqojinin avqustun 23-də təyyarə qəzasında öldüyünə "gedərək daha çox əmin olduqlarını" söyləyib.
Bir jurnalistin, “Priqojinin təyyarəsinin qəzaya uğramasının səbəbi ilə bağlı hər hansı yeni məlumatınız varmı?” sualına sözçü "Bu mövzuda yeni məlumatlarımız yoxdur”, - cavabını verib:
“Priqojinin keçən çərşənbə günü, avqustun 23-də təyyarə qəzasında öldüyünə indi daha çox əmin oluruq”, - şəklində fikirlərinə davam edib.
Qeyd edək ki, “Vaqnerin” qurucusu Yevgeni Priqojinin qəzaya uğrayan təyyarəsi ilə bağlı ABŞ Rusiyada təsdiqləyici açıqlamalar gələnə qədər açıqlama verməkdən çəkinirdi.
QAZİLER.AZ