Türkiyədə PKK terror təşkilatının siyasi dəstəkçisi olan Xalqların Demokratik Partiyasının (HDP) Almaniyada keçirdiyi mitinqdə Azərbaycan bayrağı təhqir edilib.
APA TV-nin məlumatına görə, Hamburq şəhərində keçirilən və partiya sədri Səlahəddin Dəmirtaşın da qatıldığı mitinqdə asılan bayraqlar içindən əvvəlcə Türkiyə bayrağı yığışdırılıb. Daha sonra isə o sırada olan Azərbaycan bayrağına düyün atılıb.