Yunan mətbuatında Türkiyə-Yunanıstan münasibətləri ilə bağlı diqqətçəkən təhlil yazısı dərc edilib.
Qaziler.az “Timeturk.com”a istinadla xəbər verir ki, yazıda Afina hökumətinin Türkiyə ilə gərgin yaratmaqda vaxtını boşa xərclədiyi qeyd edilib:
"Həqiqət budur ki, iki ölkə arasında sülh sazişi ən yaxşı ssenaridir. Ən azından bizim üçün. Xarici investorlara daha böyük inam hissi təqdim etməyimizə imkan verəcək. Bu, Yunanıstan iqtisadiyyatına çox şey qazandıracaq başqa bir dövr olacaq”.
İki ölkə arasında yaşanan gərginliyin Aİ və ABŞ şirkətlərinin Türkiyəyə investisiya qoymasına mane olmadığı vurğulanan məqalədə silah-sursat alıcısından satışına keçdiyini qeyd edilən yazıda Türkiyənin bu sahədə əsas oyunçuya çevrildiyi vurğulanıb.
Bundan başqa, Almaniyanın Afrika və türk ölkələrinə qapıları açması üçün Ərdoğana yalvardığı qeyd edilən yazıda, "Ona görə də belə məsələlərdə utanmağa ehtiyac yoxdur. Məsələ Yunanıstanın Türkiyəyə nə təklif edə biləcəyidir. Təkrar etməmək yaxşı olardı. Avropa və Balkanlarla bağlı cəfəngiyyatları təkrarlamamaq yaxşı olardı. Türkiyə Balkanlarda kifayət qədər yaxşı vəziyyətdədir. Əlbəttə ki, Türkiyənin bizə ehtiyacı yoxdur", - ifadələr işlədilib.
QAZİLER.AZ