Türkiyə məktəblərində mobil telefonlarla bağlı QƏRAR

Türkiyə məktəblərində mobil telefonlarla bağlı  QƏRAR backend

Türkiyənin Milli Təhsil Nazirliyinin verdiyi açıqlamaya görə, yeni təhsil dövründə rəqəmsal asılılıqla mübarizə çərçivəsində məktəblərdə mobil telefondan istifadənin qarşısı alınacaq.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, qonşu ölkədə 2023-2024-cü tədris ili 11 sentyabr 2023-cü il bazar ertəsi günü başlayacaq. Bu çərçivədə məktəblərlə yanaşı valideynlər də yeni dövrə hazırlaşır.

Nazirlik rəhbərləri və 81 vilayətin milli təhsil müdirləri 2023-2024-cü tədris iliylə bağlı qərarlar qəbul edib.  Bunlardan biri də məktəblərdə mobil telefondan istifadədir. Belə ki, rəqəmsal asılılığa qarşı mübarizə çərçivəsində məktəblərdə mobil telefondan istifadənin qarşısı alınacaq.

Şagirdlərin məktəb və sinif otaqlarında dərslərindən geri salacaq şəkildə mobil telefondan istifadəsinə qarşı və bu cür cihazlarla siniflərə girilməməsi üçün tədbirlər görüləcək. Şagirdlərin sağlam mühitdə böyüməsi, rəqəmsal mühitdən müəyyən qədər xilas olması üçün məktəb həyətlərində oyunlar oynanılacaq.

Bundan başqa, valideynlər dərs saatlarında məktəbə daxil ola bilməyəcəklər.

QAZİLER.AZ

Diaspora