Avropa Şurasının prezidenti Şarl Mişel Sloveniyada iştirak etdiyi forumda Avropa İttifaqına (Aİ) yeni üzvlərin qəbulu prosesi ilə bağlı açıqlamalar verib.
Qaziler.az bu barədə İHA-ya istinadla xəbər verir.
Mişel bildirib ki, birlik yeni üzvlərə hazır olmalıdır:
“Avropa İttifaqı 2030-cu ilə qədər yeni üzvləri qəbul etməyə hazır olmalıdır. Bu iddialı bir şeydir, lakin vacibdir. Onsuz da bu vəziyyət ciddi olduğumuzu göstərir”.
Avropa Birliyinə üzv olmaq istəyən ölkələrin daxili siyasətlərində müstəqil məhkəmə sistemi, mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizə kimi islahatların aparılmalı olduğunu deyən Mişel, Avropa İttifaqının genişlənməsi üçün bəzi yeniliklərin də həyata keçirilməsinin lazım olduğunu bildirib.
Albaniya, Bosniya və Herseqovina, Kosovo, Monteneqro, Şimali Makedoniya və Serbiyanın Avropa İttifaqına üzvlük prosesində müxtəlif mərhələlərdə olduğu bildirilir. Avropa İttifaqı Komissiyasının gələn ilin oktyabrında birliyə üzv olmaq istəyən ölkələrin qəbulu ilə bağlı iclas keçirəcəyi gözlənilir.
QAZİLER.AZ