İstanbul yay turizmində rekord qırıb - Ruslar yenə zirvədə

İstanbul yay turizmində rekord qırıb -  Ruslar yenə zirvədə backend

Dünyanın ən önəmli metropollarından biri olan İstanbulun turizm hesabatı açıqlanıb.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, hər il minlərlə yerli və xarici turisti qəbul edən meqakent tarixi yerləri və məscidləri ilə diqqət çəkir.

Belə ki, İstanbul İl Mədəniyyət və Turizm Müdirliyi şəhərə gələn xarici turistlərin sayı ilə bağlı yeni məlumatları açıqlayıb.

Hesabat görə, ötən ilin 7 ayında İstanbula 8 milyon 514 min 806 xarici turist gəlib. Bu ilin eyni dövründə turistlərin sayı 15 faiz artaraq 9 milyon 776 min 635 nəfərə çatıb.

2022-ci ilin iyul ayında 1 milyon 759 min 506 xarici turistin ziyarət etdiyi şəhər bu ilin iyul ayında 1 milyon 873 min 97 xarici turisti qəbul edib. Belə ki, iyul ayında gələn xarici turistlərin sayı ötən illə müqayisədə təxminən 6 faiz artıb.

Ölkələr arasında yenə ruslar birinci yeri tutublar. İyulda İstanbula 185 min 636 rus gəlib. Siyahını 135 min 568 turistlə Almaniya, 135 min 96 nəfərlə Səudiyyə Ərəbistanı, 105 min 41 ziyarətçi ilə ABŞ, 97 min 352 turistlə İran, 69 min 263 nəfərlə Fransa, 69 min 6 turistlə İngiltərə, 51 min 257 nəfərlə İraq, və 45 min 854 ziyarətçi ilə Küveyt, 45 min 257 nəfərlə İsrail, onu 44 min 273 turistlə Hollandiya izləyıb. 

QAZİLER.AZ

loading...
Diaspora