Ukraynanın daha çox dəstəyə ehtiyacı var - Maya Sandu

Ukraynanın daha çox dəstəyə ehtiyacı var - Maya Sandu backend

Moldova prezidenti Maia Sandunun sözlərinə görə, Ukraynanın daha çox dəstəyə ehtiyacı var və hamı başa düşməlidir ki, Ukraynaya kömək olunmasa, Rusiya nə Ukraynada, nə də Moldovada dayanmayacaq.

Qaziler.az  bildirir ki, CNN telekanalına müsahibəsində Moldova prezidenti ümid etdiyini bildirib ki, Ukrayna tezliklə öz ərazilərini geri ala bilmək üçün daha çox dəstək alacaq ki, “biz bu sərsəm müharibənin sonunu görək”.

Xatırladaq ki, bu gün Moldova müstəqilliyinin 32-ci ildönümünü qeyd edir.

Ölkə Ukrayna ilə həmsərhəddir və xüsusilə rusiyayönlü separatçı Dnestryanı ərazisi ilə bağlı Rusiya ilə ciddi gərginlik yaşayır, burada rus qoşunları yerləşir.

QAZİLER.AZ

Diaspora