Ötən gün Azərbaycana daha sonra isə Gürcüstana səfər edən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland da girovların Azərbaycan tərəfinə qaytarılmasını humanitar jest kimi zəruri hesab edir. Bu gün onun Ermənistana səfəri başlayıb.
Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb. Vaşinqton rəsmisi ilk olaraq Tsisernakaberdə yerləşən qondarma erməni soyqırımı abidəsini ziyarət edib.“News.am” saytının məlumatına görə, İrəvana rəsmi səfəri çərçivəsində Viktoriya Nuland ali rəsmi şəxslərlə, vətəndaş cəmiyyəti və gənclər təşkilatları üzvlərilə görüşəcək.