Priqojinin dəfni ilə bağlı qərar onun yaxınları ilə birlikdə veriləcək - Peskov

Priqojinin dəfni ilə bağlı qərar onun yaxınları ilə birlikdə veriləcək - Peskov backend

Kremlin sözçüsü Peskov “Məndə dəfn mərasimi ilə bağlı məlumat yoxdur” deyərək bununla bağlı "Vaqner" lideri Priqojinin ailəsinə müraciət etməyi təklif edib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Dmitri Peskov Priqojinin dəfni ilə bağlı onda məlumatın olmadığını bildirirb.

Xəbər verdiyimiz kimi, aralarında “Vaqner”in qurucusu Yevgeni Priqojinin də olduğu şəxsi təyyarə Rusiyanın Tver vilayətində qəzaya uğrayıb.

Rusiya hakimiyyət orqanları fərziyyələrdən sonra verdiyi açıqlamada ölənlər arasında Priqojinin də olduğunu təsdiqləyib.

Hazırda Priqojinin dəfn mərasiminin keçirilib-keçirilməməsi müzakirə mövzusudur.

Kremlin sözçüsü Dmitri Peskov hələlik heç bir qərarın verilmədiyini bildirib və "Vaqner" liderinin ailəsinə işarə edib.

Rusiyanın sözçüsü Peskov: “Mən dəfn mərasimi ilə bağlı məlumatım yoxdur, ona görə də heç nə deyə bilmərəm”, - deyib..

Qərar verildiyi zaman açıqlama veriləcəyini bildirən Peskov belə davam edib:

"Belə qərarlar həmişə qohumlarla birlikdə və qohumların qərarı ilə qəbul edilir".

QAZİLER.AZ

Diaspora