Polşa və Baltikyanı ölkələr “kritik insident” halında Belarusla sərhədlərini bağlayacaq

Polşa və Baltikyanı ölkələr “kritik insident” halında Belarusla sərhədlərini bağlayacaq backend

“Vaqner" ÖHŞ muzdlularının iştirakı ilə “kritik insident” baş verərsə, Polşa, Litva və Latviya Belarusla sərhədləri tamamilə bağlayacaq.

Qaziler.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminski bildirib.

O qeyd edib ki, ölkələr mümkün insidentləri, o cümlədən qarşıdurma xarakterli hadisələrin ola biləcəyindən narahatdır və Minski “Vaqner" muzdlularını Belarusdan çıxarmağa çağırıblar.

O, həmçinin qeyd edib ki, “Vaqner” ÖHŞ-nin rəhbərləri Yevgeni Priqojin və Dmitri Utkinin ölümü “Belarusdakı faktiki vəziyyəti dəyişmir”.

QAZİLER.AZ

 

Diaspora