Belçikada təbiət gəzintisi zamanı arıların hücumuna məruz qalan onlarla insanın xəstəxanaya yerləşdirildiyi və onlardan birinin həyati təhlükəsinin olduğu bildirilir.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Belçika mətbuatında çıxan xəbərə görə, 38 nəfərlik qrup Lier şəhəri yaxınlığındakı meşəlik ərazidə bələdçi ilə təbiət gəzintisinə çıxarkən arıların hücumuna məruz qalıb.
Gəzinti zamanı qrup ağacdakı arı pətəyinin yanından keçərkən hornetlərin hücumuna məruz qalıb. Arıların sancdığı insanların çoxu xəstəxanaya yerləşdirilib.
Səlahiyyətlilər xəstəxanaya çatdırılanlardan 3-nün müalicəsinin davam etdiyini, onlardan birinin reanimasiyada olduğunu və həyatının təhlükədə olduğunu bildirib.
Hadisə baş verən məntəqəyə ezam olunan mütəxəssislər arı pətəyinin yerini müəyyənləşdirib və ərazini girişlərə bağlayıb.
Belçika Flandriya Arı Araşdırmaları İnstitutunun rəhbəri Rene De Backer arıların Avropa hornetinin bir növü olduğunu və belə hücumların çox nadir hallarda baş verdiyini bildirib.
QAZİLER.AZ