Hindistanda müsəlman şagirdə qarşı zorakılığın olduğu məktəb bağlanıb

Hindistanda müsəlman şagirdə qarşı zorakılığın olduğu məktəb bağlanıb backend

Hindistanın Uttar Pradeş ştatında müəllimin 7 yaşlı müsəlman şagirdi alçaltması və sinif yoldaşlarına döydürməsindən sonra başlayan istintaq çərçivəsində məktəbin müvəqqəti bağlanmasına qərar verilib.

Qaziler.az bildirir ki, “India Today”in xəbərinə görə, Hindistan Təhsil Nazirliyi sözügedən məktəbin “ləğv ediləcəyini” və istintaq bitənə qədər bağlı qalacağını açıqlayıb.

Məktəblə bağlı "Təhsil Nazirliyinin kriteriyalarına uyğun gəlmədiyi" əsası ilə araşdırma başlanılıb.

Bağlanan məktəbin şagirdləri dövlət məktəblərinə və ya yaxınlıqdakı digər məktəblərə köçürüləcək.

Digər tərəfdən onlara müsəlman tələbəni sillələməyi əmr edən müəllim Tripta Tyaqi yerli televiziya kanalına deyib ki, o, "etdiyi əməldən utanmır".

QAZİLER.AZ

Diaspora