KİV: “İstanbulda Türkiyə, BMT və Rusiya nümayəndələrinin iştirakı ilə görüş keçirilə bilər”

KİV: “İstanbulda Türkiyə, BMT və Rusiya nümayəndələrinin iştirakı ilə görüş keçirilə bilər” backend

İstanbulda Türkiyə, BMT və Rusiya nümayəndələrinin iştirakı ilə “Taxıl sazişi” ilə bağlı görüş keçirilə bilər.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-i diplomatik mənbələrə istinadən bildirib.

Qeyd olunub ki, hazırda görüşün təşkili imkanları qiymətləndirilir: “Müzakirə üçün konkret təkliflər hazırlanır. Müvafiq kanallar koordinasiya prosesini davam etdirir”.

Görüşün tarixi açıqlanmayıb.

Xatırladaq ki, 2022-ci il iyul ayında Türkiyə, Rusiya, Ukrayna və BMT-nin iştirakı ilə "Taxıl sazişi" imzalanıb. Sənədin müddəti bu il iyulun 17-də başa çatıb və Moskva sazişdə iştirakını dayandırıb.

BMT Təhlükəsizlik Şurasının iyulun 21-də keçirilən iclasında əksər ölkələr Rusiyanı "Taxıl sazişi"nin müddətini uzatmağa çağırıb.

Diaspora