ABŞ-ın hazırkı prezidenti Co Baydenin oğlu Hunter atası vitse-prezident olarkən onunla birlikdə hökumət təyyarəsi ilə ən azı 15 dəfə xaricə uçub.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, Respublikaçı yönümlü "Fox News" kanalı Hunter Bayden tərəfindən təyyarədə unudulmuş notbukdan əldə edilən məlumatlara istinadla məlumat yayıb.
O zaman Hunter hazırda fəaliyyət göstərməyən "Rosemont Seneca"ya rəhbərlik edirdi.
O, iş ortaqları ilə elektron poçtla görüş yeri ilə bağlı razılığa gəlib və əlavə edib ki, atası ona maşın verəcək. Bəzən bu səfərlərdə Hunter Bayden Gizli Xidmətin mühafizəçilərini tələb edirdi.
Bundan əvvəl "Fox News" məlumat yaymışdı ki, Hunter Bayden atası vitse-prezident işlədiyi vaxt rus və qazaxlı iş adamlarından pul alıb.
Bundan sonra Demokratlar Partiyasının bir çox nümayəndələri, o cümlədən Amerika liderinin özü Hunterin pul alması faktının sübuta yetirilmədiyini elan ediblər.