İsraildə məhkəmə islahatlarına qarşı kütləvi etiraz aksiyaları keçirilib
QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, etiraz aksiyaları Tel-Əvivdə keçirilib.
Nümayişçilər əvvəlcə şəhərin mərkəzi bulvarları boyu pirotexniki vasitələrlə böyük yürüş keçirib, burada hökumət əleyhinə şüarlar səsləndirib, İsrail bayraqlarını dalğalandırıb və məhkəmə islahatları layihəsindən tamamilə imtina etməyi tələb ediblər.
Qeyd edək ki, Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi İsrailin hazırkı hökumətinin məhkəmə islahatları ölkədə etirazlara səbəb olub. İslahatlar Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılmasını və hakimlərin seçiminə nəzarətin icra hakimiyyətinə verilməsini nəzərdə tutur.