Nigeriyanın Bauçi vilayətində difteriya epidemiyasından 26 nəfər ölüb.
Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bölgədə difteriya epidemiyası yayılmaqda davam edir.
Səlahiyyətlilər ölkədə indiyədək 180 difteriya hadisəsinin qeydə alındığını, epidemiyanın 26 nəfərin həyatına son qoyduğu bildirib. Epidemiyaya tutulanların əksəriyyətinin peyvənd olunmadığı qeyd edilib.
Hətta Bauçi ştatında difteriya epidemiyası səbəbindən məktəblərdə təhsil dayandırılıb.
BMT-nin Uşaq Fondu (UNICEF) Nigeriyada yanvar-iyul aylarında difteriyadan 122 uşağın öldüyünü açıqlayıb.
QAZİLER.AZ