40 ölkəyə ölümcül dərman satdı, 88 nəfər həlak olub - FOTO

40 ölkəyə ölümcül dərman satdı, 88 nəfər həlak olub - FOTO backend

Kanadada Kennet Lav adlı şəxs internet vasitəsiylə intihar etmək istəyənlərə kimyəvi tərkibli dərmanlar satıb.

Qaziler.az AA-ya istinadla xəbər veri ki, tutduğu əməldən may ayında həbs olunan Kennetin İngiltərədə 232 nəfərə narkotik satdığı, onlardan 88-nin öldüyü açıqlanıb.

Milli Cinayət Agentliyindən (NCA) verilən açıqlamaya görə, Kennet internet üzərindən 40 ölkəyə 1200 paket ölümcül dərman satıb.

2021-2023-cü illərdə 232 nəfər bu dərmanları İngiltərədən alıb, 88 nəfər isə dərman qəbul edərək dünyasını dəyişib.

Ölüm hallarının Lavın satdığı dərmanlardan olub-olmamasının hələ aydın olmadığı, məsələ ilə bağlı araşdırma başladıldığı, narkotikin ölümlərə təsirinin araşdırılacağı qeyd edilib.

Kanada qanunlarına görə, Kennet Lovun günahı sübuta yetirilərsə, onu 14 il həbs cəzası gözləyir.

QAZİLER.AZ