İqtisadi göstəriciləri azalan Berlin yenidən "xəstə adam" kimi görünməyə başlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə yazı CNN-də dərc edilib.
Bu ilin gözləntilərinə əsasən, Almaniya iqtisadiyyatında azalma gözlənilir. Hətta Avropada iqtisadiyyatı eniş yaşayacaq yeganə ölkənin Almaniya olacağı təxmin edilir. Çünki Almaniyada inflyasiya digər avropalı qonşuları ilə müqayisədə daha güclü hiss olunur.
CNN-in hesabatında aşağıdakı ifadələr yer alıb:
“Almaniyanın 20 ildən sonra “Avropanın xəstə adamı” damğası üzərinə geri dönür. İş o yerə çatıb ki, Beynəlxalq Valyuta Fondu ölkənin bu il kiçilən yeganə inkişaf etmiş iqtisadiyyat olacağını gözləyir”.
QAZİLER.AZ