Koreya Hava Yolları ilə uçan sərnişinlərdən önümüzdəki həftələrdə təyyarəyə minməzdən əvvəl çəkilərinin ölçülməsi istəniləcək.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya mətbuatında yer alan məlumatda qeyd edilib.
Qərar Seuldakı tənzimləyicilərə təyyarə çəkisi və balans standartlarını yeniləməkdə kömək etmək üçün qəbul edilib.
Avqustun 28-dən sentyabrın 6-dək Seulun “Gimpo” hava limanında yerli sərnişinlər üçün, 8-19 sentyabr tarixlərində isə beynəlxalq sərnişinlər üçün “İncheon” hava limanında tərəzi stansiyaları quraşdırılacaq.
Aviaşirkət hər bir sərnişinin çəkisini və əl baqajını qeyd edəcək və bu qeydlər ölkənin Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinə göndəriləcək.
Nazirlik daha sonra bu məlumatlardan adi bir sərnişinin orta çəkisini hesablamaq üçün istifadə edəcək və bu məlumatlar oturacaq yerləri və təyyarənin nə qədər əlavə yanacaq daşımalı olduğu qaydalarını hazırlamaq üçün istifadə olunacaq.
Aviaşirkət işçiləri artıq çəkisi olan sərnişinlərin artıq pul ödəməli olmayacağını və toplanan bütün məlumatlarin anonim saxlanılacağını vurğulayıb.
QAZİLER.AZ