“iPhone 15 Pro Max” gözləniləndən gec satışa çıxacaq

“iPhone 15 Pro Max” gözləniləndən gec satışa çıxacaq backend

“iPhone 15 Pro Max” modelinin digərlərindən 3-4 həftə gec satışa çıxacağı deyilir.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, “iPhone 15” seriyasının mümkün bütün modelləri eyni anda olmayacaq.

Şayiələrə görə, "iPhone 15 Pro Max" modeli görüntü sensorunda yaranan problemlərə görə digər modellərindən bir qədər gec satışa çıxacaq. Mənbələrə görə, bu gecikmə təxminən 3-4 həftə çəkə bilər.

Bundan başqa, “Apple”ın yeni “iPhone modellərini təqdim edəcəyi tədbiri sentyabrın 13-də keçirəcəyi irəli sürülüb. Şirkət əməkdaşlarına bu tarixdə məzuniyyətə çıxmamaq barədə xəbərdarlıq edib.

Beləliklə, “Apple” “iPhone”ları elan edərsə, ilk sifarişlərin 15 sentyabrda başlayacağı, telefonların isə bir həftə sonra, 22 sentyabrda satışa çıxacağı gözlənilir.

“iPhone 15 Pro Max”ın tədarükləri isə oktyabrın 6-dan oktyabrın 13-dək gözlənilir.

QAZİLER.AZ

Diaspora