Ukrayna Finlandiyada saxlanılan rusiyalı döyüşçünün ekstradisiyasına hazırlaşır

Ukrayna Finlandiyada saxlanılan rusiyalı döyüşçünün ekstradisiyasına hazırlaşır backend

Ukrayna Baş Prokurorluğu bir qədər əvvəl Finlandiyada saxlanılan Rusiyanın yaraqlılardan ibarət "Rusiç" qruplaşmasının liderlərindən biri olan Yan Petrovskinin ekstradisiyası üçün materiallar hazırlayır.

Qaziler.az bildirir ki, bu barədə idarənin məlumatında deyilir.

Rusiyalı Ukrayna Təhlükəsizlik Xidmətinin istintaqında "terror təşkilatında iştirakda şübhəli bilinir".

İstintaqın məlumatına görə, 2014-cü ildə Petrovski "LNR" terrorçuları ilə birlikdə "Rusiç" adlı qondarma "təxribat-hücum kəşfiyyat qrupu"nun tərkibində Ukraynaya qarşı döyüşüb.

Bununla bağlı Baş Prokurorluq avqustun 15-də Finlandiyanın hüquq-mühafizə orqanlarına həmin şəxsin tutulması və müvəqqəti həbs edilməsi ilə bağlı sorğu göndərmişdi.

"Hazırda həmin şəxsin ekstradisiyası üçün lazım olan materialları hazırlanır", - deyə idarədən qeyd ediblər və əlavə ediblər ki, prosesə prosessual rəhbərliyi Luqansk Vilayət Prokurorluğu həyata keçirir.

QAZİLER.AZ

 

Diaspora