Zeytun Budağı bölgəsində hücuma cəhd edən 2 PKK terrorçusu zərərsizləşdirilib.
Qaziler.az bildirir ki, Türkiyə Milli Müdafiə Nazirliyi "Zeytun Budağı" əməliyyatı bölgəsində hücuma cəhd edən 2 PKK terrorçusunun öldürüldüyünü açıqlayıb.
Suriyanın şimalındakı “Zeytun budağı” əməliyyatı bölgəsində hücuma cəhd edən 2 PKK terrorçusu qəhrəman türk əsgəri tərəfindən zərərsizləşdirilib.
Nazirlikdən verilən açıqlamada aşağıdakı ifadələrdən istifadə olunub:
"Sülh və inam mühitini pozmaq istəyən PKK/YPG terrorçularının hücum cəhdlərinə kəskin cavab verməyə davam edirik. Qəhrəman Komandolarımız "Zeytun Budağı" bölgəsinə hücuma cəhd edən 2 PKK/YPG terrorçusunu zərərsizləşdirib".
QAZİLER.AZ