Yaponiyanın baş naziri Sindzo Abe Tokionun suriyalı və iraqlı qaçqınlara yardım məqsədilə 1,56 mlrd dollar ayıracağını bildirib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Sindzo Abe BMT Baş Assambleyasının 70-ci iclasında çıxışı zamanı deyib.
Yaponiya bu il bu məqsədlər üçün 810 mln dollar vəsait ayırmaq niyyətindədir. Bu məbləğ əvvəlki illərdə ayrılan vəsaitlərdən üç dəfə çoxdur. Daha 750 mln dollar isə Yaxın Şərqdə və Afrikada sülh prosesinin formalaşmasına ayrılacaq.