Danimarka hökuməti Skandinaviya ölkəsinin bir çox müsəlman ölkələri ilə gərginləşən münasibətləri azaltmaq səyləri çərçivəsində ictimai yerlərdə Quran nüsxələrinin yandırılmasını qeyri-qanuni edən qanun təklif etdiyini bildirib.
"Hökumət dini icma üçün fundamental dini əhəmiyyət kəsb edən obyektlərdən qeyri-qanuni istifadəni qadağan edən qanun təklif edəcək", - ədliyyə naziri Peter Hummelqaard mətbuat konfransında bildirib.
“Ona görə də, təklifə əsasən, məsələn, ictimai yerlərdə "Quran", "İncil" və ya "Tövrat"ı yandıranlar cəzalandıracaq.
Qeyd edək ki, Danimarka və İsveç son həftələrdə Quran nüsxələrinin yandırıldığı bir sıra etiraz aksiyalarının şahidi olublar.
Bu, müsəlman ölkələrinin qəzəbinə səbəb olub.
mənbə: TRTHaber
QAZİLER.AZ