Kamçatkada ana ayı bir qrup turistə çayda hücum edib.
Qaziler.az bildirir ki, hadisə hadisə avqustun 25-də baş verib.
"Borus" Telegram kanalında yayımlanan videogörüntülərdən belə görünür ki, insanlar motorlu qayıqla çayla üzürmüş. Yırtıcı turistləri görüb və onların arxasınca qaçıb.
Dişi ayı yüksək sürətlə xeyli qaçdıqdan sonra təqib etməyi dayandırıb. İnsanlar heyvandan uzaqlaşa biliblər.
Onu sahildə iki ayı balası gözləyirmiş.
Bundan əvvəl, avqustun 21-də məlumat verilmişdi ki, Kostromanın mərkəzində vəhşi yetkin ayı peyda olduğu bildirilmişdi. Heyvan bir neçə küçədən keçərək ağaca dırmaşıb.
Xilasedicilər ayıya trankvilizator iynəsi vurub, yatmış heyvan sonra təbiətə buraxılıb.
QAZİLER.AZ